Avropa
TLS LOGISTIC MMC Avropa ölkələri ilə Azərbaycan arasında beynəlxalq yükdaşımaların təşkilində geniş təcrübəyə malikdir. Şirkət Almaniya, İtaliya, Fransa, Türkiyə, Polşa və digər Avropa ölkələrindən müxtəlif növ yüklərin təhlükəsiz və operativ şəkildə daşınmasını həyata keçirir. Avropa istiqamətində əsasən avtomobil, dəmir yolu və dəniz nəqliyyatı vasitələrindən istifadə olunur. Güclü tərəfdaş şəbəkəsi və peşəkar logistika həlləri sayəsində yüklərin vaxtında çatdırılması təmin edilir.