Quru yol daşınması
Uzun illər yükdaşıma sahəsində çalışaraq biz göstərdiyimiz xidmətlərin keyfiyyətini itirmədən yüklərin ən münasib qiymətlərlə quru yol ilə daşınmasını həyata keçiririk. Şirkətimiz istənilən növ yükün daşınmasını həyata keçirir: standart, iri qabaritli, ağır çəkili, təhlükəli (ADR) və ya sabit temperatur tələb edən yüklər.
Yüklərin daşınması üçün şirkət müxtəlif növ nəqliyyat vasitələrindən istifadə edir: TENTli yük avtomobili, soyuducu, iri qabaritli yüklər üçün platformalar və s.
Yükün quru yol ilə daşınması üçün əlavə xidmətlər:
• Yüklərin sığortası;
• Gömrük rəsmiləşdirilməsi və broker xidməti.
İri qabaritli və ağır yüklərin daşınmasında xidmətlər:
• Yükün xassələrinin və xüsusiyyətlərinin təhlili;
• Optimal çatdırılma marşrutunun tərtib edilməsi;
• Daşıma üçün icazələrin qeydiyyatı..
TLS LOGISTIC şirkəti olaraq yüklərin daşınması üçün operativ şəkildə nəqliyyat vasitəsini təşkil edib, yükün vaxtinda və minimal xərclə ünvana çatdırılması üçün fərdi marşrut təyyin edirik.