TLS LOGISTIC MMC
2018 -ci ildən etibarən fəaliyyətə başlayaraq beynəlxalq yüklərin dəmir yolu, avtomobil yolu, dəniz və hava yolu ilə dünyanın istənilən nöqtəsindən Azərbaycana və xarici ölkələrə etibarlı və vaxtında çatdırılmasını təmin edən peşəkar komandadan ibarət olan yük daşıma və logistika şirkətidir.
TLS LOGISTIC şirkəti yükdaşıma sahəsində həm beynəlxalq həm də ölkə daxilində xidmət göstərir. Şirkət mütəxəssislərinin yüksək peşəkarlıq səviyyəsi, beynəlxalq daşımalar sahəsində kifayət qədər iş təcrübəsi və gömrük rəsmiləşdirilməsi xidməti daxil olmaqla logistika xidmətlərinin tam paketinin təqdim edilməsi - bütün bunlar istənilən mürəkkəblikdə təchizat zəncirini effektiv idarə etməyə imkan verir.
Şirkət istər dövlət, istərsə də özəl sektorda Respublikamızın sosial və iqtisadi inkişafında öz sözlərini demiş dayanıqlı şirkətlərlə və eyni zamanda dövlət qurumları ilə əməkdaşlıq edir.